“Liviyada silahlı qarşıdurmaya son qoymaq lazımdır”- PUTİN

“Liviyada silahlı qarşıdurmaya son qoymaq lazımdır”

Bu gün Moskva Kremlində Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında görüş keçirilib. 

Gununsesi.org-un “REN TV”yə istinadən məlumatına görə, liderlər Liviyadakı vəziyyəti müzakirə ediblər. Putin bildirib ki, bu ölkədə silahlı qarşıdurmaya son qoymaq və atəşkəsi bərpa etmək vacibdir. Onun sözlərinə görə, Liviyadakı vəziyyət bölgədəki sabitliyi pozur və Avropaya mənfi təsir edir.

Danışıqlar əsnasında Putin Almaniyanın Berlində Liviya ilə bağlı beynəlxalq konfrans keçirmək təşəbbüsünü dəstəkləyib.

 

Gununsesi.org

COMMENTS