İran sərnişin təyyarəsini vurduğunu etiraf etdi

İran sərnişin təyyarəsini vurduğunu etiraf etdi

Gununsesi.org xəbər verir ki, İran nəhayət ki, Ukrayna sərnişin təyyarəsini raketlə vurduğunu etiraf edib.

Tehran civarında vurulan təyyarədə 176 sərnişin var idi ki, onlardan heç kəs sağ qalmayıb.

Şənbə günü verdiyi açıqlamada İran hökuməti təyyarənn səhvən vurulduğunu və bunun “insan xətası” ilə əlaqədar olduğunu bildirib.

İranın xarici işlər naziri Cavad Zərif bununla belə İran hərbçilərinin törətdiyi hücuma görə ABŞ “avantürizmini” günahlandırıb.

 

Gununsesi.org

COMMENTS