Avstraliyada meşə yanğınlarının səbəbini araşdırmaq üçün komissiya yaradılacaq

Avstraliyada meşə yanğınlarının səbəbini araşdırmaq üçün komissiya yaradılacaq

Avstraliyanın baş naziri Skott Morrison qitədə meşə yanğınlarının yaranması və yayılması səbəblərini araşdırmaq üçün xüsusi kral araşdırma komissiyasının yaradılacağını bildirib.

Gununsesi.org-un məlumatına görə, bu barədə hökumət başçısı ABC-yə müsahibəsində xəbər verib.

Morrison qeyd edib ki, yaxın vaxtlarda o öz kabinetindən təklif qəbul edəcək.

“Düşünürəm ki, bunu etmək lazımdır və mən Nаzirlər Kаbinetinin (komissiyanın yaradılması haqqında-red) təklifini qəbul edəcəyəm”, – Morrison deyib.

 

Gununsesi.org

COMMENTS