Deputatlığa namizədliyini irəli sürənlər arasında daha bir tanınmışın adı var.
Gununsesi.org-un xəbərinə görə, bu, sabiq deputat Gülər Mikayıl qızı Əhmədovadır.
G.Əhmədova namizədliyini yenə əvvələr deputatı olduğu Yasamal rayonundan, 16 saylı Yasamal ikinci seçki dairəsindən irəli sürüb.
Hələlik onun namizədliyi qeydə alınmayıb.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə oradan Səfərov İlham İlyas oğlunun namizədliyini irəli sürüb.
Onu da qeyd edək ki, sabiq YAP-çı G. Əhmədova 3 dəfə Milli Məclisin (MM) üzvü olub.
O, 2-ci, 3-cü və 4-cü çağırış MM-də təmsil olunub.
Ancaq 3-cü müddətini axıracan başa vura bilməyib.
Belə ki, 2013-cü ildə onun səlahiyyətlərinə xitam verilib, həbs olunub, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.
2014-cü ilin mayın 5-də isə məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, həmin dairəni hazırda MM-də iki dəfə millət vəkili seçilən professor Aytən Mustafazadə təmsil edir.
Lakin A. Mustafazadə 3-cü dəfə seçkilərə qatılmayıb.
Gununsesi.org
COMMENTS