Zelenski NATO-nun Vilnüs sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama verib.

HTML tutorial

Rusiya-Ukrayna müharibəsindən sonra ilk dəfə dünən Ukraynaya səfər etdiyini xatırladan Stoltenberq, “Prezident Zelenski ilə iyulda Vilnüsdə keçiriləcək NATO Zirvə toplantısına hazırlığı da müzakirə etdik. Mən onu sammitin toplantısına dəvət etdim. Onun dəvətimi qəbul etdiyi və sammitdə iştirak edəcəyi üçün şadam”, – deyib.

 

 

Gununsesi.info