
Sibirin petrol yataqlarından əldə edilən sərvəti “Stamford Bridge” üçün yönəltmək üçün qurulan şirkətlər şəbəkəsi.
Dünyaca tanınmış “The Guardian” mətbu orqanı rus milyarder Roman Abramoviçin zənginliyi və futboldakı uğurları ilə bağlı yazı hazırlayıb.
Gununsesi.info xarici mətbuata istinadən həmin yazını sizə təqdim edir.
“Çelsi” futbol klubunun 2021-ci ildə Çempionlar Liqasındakı (ÇL) final zəfərində Roman Abramoviçin futbol səhnəsinə yüksəlməsinə zəmin yaratdı.
Klubun sahibi İngiltərə hökumətinin vizasını yeniləmə ehtimalının az olduğunu bildirməsinin ardından 3 il boyunca komandanın ev oyunlarını meydandan izləyə bilməmişdi.
Ancaq həmin ilki ÇL finalı Abramoviçə oyundan aylar öncə vətəndaşlıq verən Portuqaliyadakı “Estadio do Dragao” stadionunda keçirildi.
Həmin zaman oliqarx “Çelçi” klubunu yeni dönüşüm-dəyişim etməmişdi. Ortada illərin zəhməti, xərclənən pulları vardı.
Sərbəst xərcləmə strategiyası futbol avtoritarlarının maliyyə “fair play” qaydaları yoluyla oyunun düzənini əldən keçirməyə məcbur edən təsirlər arasında idi.
Yaxın zamanlaradək Abramoviçin Kremlinlə “açıq bağlantıları” səbəbi ilə sanksiyaların tətbiq edildiyi “Çelsi” klubunun varlığını təhlükəyə atdığı 2022-ci ildən bəri bir futbol klubunun sahibi-idarəçisi olmaqla bağlı mübahisələri yenidən alovlandırmışdı.
Abramoviçin klubu satın aldığı 2003-cü ildə futbol yatırımını yönəldən qaydalar, demək olar ki, yox oldu. Bu gizlin adamı “Çelsi”ni cəza borclarından xilas etməyə hazır olan birisi olaraq çox az adam sorğuladı.
Abramoviçin həmin zamankı sərvətləri dövlət varlıqlarının özəlləşdirilməsi üzərindən yaradılan petrol və qaz nəhəngi “Sibneft”dən gəldiyi yaxşı bilinirdi.
Ancaq illər keçdikcə “Çelsi” klubunun maliyyə hesabları Abramoviçin kluba axıtdığı sürətlə artan faizsiz kreditlərin qaynağına aid çox az fikirlər yaradırdı.
İndi oliqarx dosyeləri – keçən həftə “Guardian”da Abramoviçin necə pul daşımasına dair ifşaların ardından sanksiyalarla vurulan Kipr mərkəzli offshore maliyyə xidmətləri təminatçısı “MeritServus”dan sızan sənədlərin bir ön deposu dünyanı izləyənlər üçün rus milyarderini klubu necə dönüşdürməsini ortaya çıxardı.
Avramoviç imperatorluğunun enklavlarından olan “Stamford Bridge” üçün pul yönəltmək üçün işlədilən “offshore” şirkətlərdən yaradılan labirint şəbəkəsini ortaya qoyurlar.
Ayrıca, bu pul Kremlinin diqqətli müşahidəsi altında gerçəkləşən iki transformer rus iş anlaşmasından necə əldə edildiyini ortaya qoyurlar.
Böyük xərcləmə uğur gətirir
Abramoviç 2003-cü ildə “Çelsi” futbol klubunu 140 milyon sterlinqə satın almışdı. İşçi Partiyasının millət vəkili və “Çelsi” tərəfdarı Toni Banks həmin vaxt bu satışa şübhə ilə yanaşan nadir isimlərdən biri idi.
O, verdiyi müsahibəsində “Pulun qaynağına, Rusiyadakı keçmiş əməllərinə, bu ölkədə bir futbol klubunu təslim almağa uyğun adam olub-olmladığını bəlli etməyimiz gərəkdir. Hazırda heç də məmnun deyiləm”, demişdi.
Sonda Ədalətli Ticarot Bürosu İngiltərə müəsssəs nizamının yeni rus pulunu mənimsədiyi geniş iqlimə uyğun olaraq Abramoviçin bu satınalmasına əl sallayaraq, izin verdi.
Ayrıca, iş dünyası, politikaçılar, uyuyan bur iqtisadi nəhəngin bu gənc və dinamik lideri cəzbetmə fürsəti görmüşdü.
Eləcə də, Maliyyə Cinayətləri və Təhlükəsizlik Çalışmaları Mərkəzinin direktoru Tom Keatinge “Qırmızı pul xalısı sərildi və insanlar pullarını İngiltərəyə gətirə bilər”, şəklində açıqlama vermişdi.
“Çelsi”nin ana şirkəti Fordstam Ltd-nin hesabları təslimalmadan sonra 224 milyon sterlinq faizsiz bir başlanğıc krediti göstərir. Ancaq fondların qaynağını sənədlərlə izbatlamaq məcburiyyəti yox idi.
Şirkətlər Evi isə müraciətləri yoxlayıxı “KPMG”nin yaxın gələcəkdə işi maliyyələşdirmək üçün yetərli maliyyə təmin edəcəyinə” inandığını açıqlamışdı.
Oliqarx dosyeləri yeni bilgiləri təqdim edir. Sızdırılan sənədlər “Çelsi”nin yeni ana şirkəti “Fordstam”a verilən ilk kreditinin ingilis Virqin adalarında qurulmuş və Abramoviçə aid bir şirkət olan Kelvedon Worldwide Ltd-dən gəldiyini göstərir.
Kelvedonun nağd pulu dönüşdürücü idi
Abramoviçin mülkiyyətinin ilk 2 ilində bu BVİ şirkəti vasitəsi ilə “Çelsi”yə 382 milyon sternlinq yönləndirildi və dəyişən cinah oyunçusu Arien Robben və sərbəst qolçu Didye Droqba da daxil olmaqla, oyunçular üçün maliyyə anlaşmaları imzalandı.
“Çelsi”nin ilk 2 sezonda 230 milyon sterlinlik transfer satın almaları Avropa divləri olam “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”un toplam xərcləmələrini geridə qoydu.
Yatırım qısa vaxtda qarşılığını verdi
“Çelsi”nin tək ingilis çempionluğundan 50 il sonra klub 2005 və 2006-cı illərdə iki çempionluq qazandı. Bu uğurları bir neçə ingilis klubunun bacara bildiyi uzun bir uğur dönəmində 3 çempionluq və iki ÇL kuboku izlədi.
Ancaq “MeritServus” dosyeləri oliqarxın ullarının o qızıl çağda “Çelsi”yə necə axdığını göstərməklə qalmır, qaynağa yeni bir işıq tutur.
Putin təsiri
2003-cü il yalnız “Çelsi” üçün deyil, Abramoviç, Putin və Rusiya üçün də önəmli idi. Bahar ayında Abramoviç petrol və qaz şirkəti “Sibneft” ilə rəqibi Yukos arasında yeni bir qlobal petrol nəhəngi yaradacaq bir birləşmə ilə bağlı anlaşmışdı.
Ehtimal edilən 36 milyard dollarlıq meqa birləşmə maliyyə dünyasında həyəcanı tətikləmişdi və Rusiya qlobal önəmə sahib demokratik bir iqtisadiyyat olaraq boy göstərişini simvollaşdırdı.
Ancaq il sonunda Yukos-Sibneft anlaşması tamamən başqa bir şeyi təmsil edirdi: Putinin iqtidar üzərindəki sıx kontrolunu və rəqiblərinə acımasıqca basqısını.
Həmin il Yukos şirkətini inşa edən milyarder oliqarx Mixail Xodorsku Sibirdəki hava limanında tutuldu və fırıldaqlıq və vergi qaçırmaqla suçlandı.
Qısa müddət sonra Abramoviç Sibneft-Yukos birləşməsini ləğv etdi. Bunun yerinə Yukos Kremlinin nəzarətinə keçdi və açıq auksion artırma satışı üçün bölündü.
Bu dönəmlərdə bir çox oliqarxlar enişdəykən Abramoviç yüksəldi.
Abramoviç hər zaman Kremlinə sədaqətini göstərməyə davam etdi.
Abramovich, Sibneft-Yukos birleşmesini iptal etti. Bunun yerine Yukos, Kremlin ta
O, həm də 2001-ci ildə Sibirdəki Çuxotqa bölgəsində İcra başçısı olmuşdu. Öz sərvətlərini yetərsiz qaynaqları olan bölgədəki yatırımlar üçün sərf etmişdi.
Abramoviçin həm də Kipr mərkəzli şirkətlərdə də pay sahibliyi var.
Sızdırılan sənədlərdə ilk milyard dolarlıq kreditdə Kipr mərkəzli “Kravin İnvestments”in adı çəkilir.
Kiprdəki şirkətlər arasında “Sara Trust”un da adı yazılır.
Dönüş nöqtəsi olan anlaşma 2005-ci ildə rus dövlət petrol və qaz şirkəti “Qazprom”un “Sibneft”dəki qalan 73 %-lik hissəsini 13 milyard dollara satın alması ilə gəldi.
“Guardian” tərəfindən analiz edilən sənədlər-bilgilər Abramoviçin gəlirlərini qlobal bir “offshore” şirkətlər şəbəkəsi vasitəsi ilə “Çelsini” yeni zirvələrə daşımaq üçün işlətdiyini göstərir.
Tərcümə: Arzu Sayadoğlu