Cəlilabada güclü dolu yağdı: -ağaclara ziyan dəydi

Cəlilabada güclü dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.

Gununsesi.info  xəbər verir ki, dolu əsasən rayonun bir neçə kəndinə düşüb.

HTML tutorial

Təqribən bu gün axşam saat 19:05 radələrindən etibarən yağmağa başlayan dolu 7 dəqiqəyə yaxın güclü yağışla davam edib.

Bundan əlavə, güclü külək Cəlilabad rayonunu işıqsız da qoyub.

Yağan leysan və güclü külək rayon mərkəzində və bir neçə kənddə işıqların sönməsinə səbəb olub. Həmçinin təbiət hadisəsi şəhər mərkəzində ağacların budaqların sındırıb.

 

Gununsesi.info