SON DƏQİQƏ! Anar Əsədli həbs edildi

  • By arzu
  • 21 Aprel 2023 23:41

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

HTML tutorial

Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.

 

Gununsesi.info