
Rusiyada kefli sürücü S 400-ü aşırıb, pilot da öz şəhərini bombalayıb.
Gununsesi.info xəbər verir ki, Rusiyanın 200 milyon dollarlıq 5P85SM2-01 TEL silahlı “S-400” hava hücumundan müdafiə sistemini daşıyan hərbi avtomobil Tula vilayətində yoldan çıxaraq aşıb.
“BAZA” agentliyi məlumatında deyilir ki, sürücünün nəfəs analizi onun spirtli içki qəbul etdiyini təsdiqləyib. Dünən həmçinin Rusiyanın “SU-34” döyüş təyyarəsi öz şəhərlərini, Belqorodu bombamalayıb, nəticədə 3 nəfər xəsarət alıb. Yəqin ki, pilot da sərxoş olub.
Tərcümə: Arzu S.