
İtaliya şahzadəsi Rita Jenrette Ludovis ərinin uşaqları ilə ev səbəbi ilə illərdir ki, məhkəmə çəkişmələrinə çəkilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İtaliya şahzadəsi 73 yaşlı Rita Jenrette Ludivos dünyanın ən bahalı evi olaraq bilinən və tanınmış rəssam Mikelancelonun dünyadakı tək bənzərsiz əsərinin olduğu “Villa Aurora”dan qovulur.
Məhkəmə tarixi evə qulluq edə bilməməsini əsas gətirərək onu evdən çıxarıb.
Romadakı kraliyyət villası olan “Villa Aurora”nın divarının küçəyə dağılmasından sonra məhkəmə şahzadənin evdən çıxmasına qərar verib.
Qərara əsasən, evdəki hər kəs villanı boşaltmalı, yoxsa zorla çıxarılacağı bildirilir.
Bununla bağlı Associated Preess orqanına danışan şahzadə qərarın “gözlənilməz və ədalətsiz” olduğunu söyləyib.
Bir zamanlar Yuli Sezarın sarayının olduğu təpədə yerləşən və keçmiş bir ov köşkü olarn bu ovsunlayıcı mülk əmlakçıların diqqətini çəkir.

Öncəki illərdə mülkü 533 milyon dollar qiymət satışa çıxarsalar da, alıcı tapmamışdı.
Mülk 1600-1610-cu illərdən Ludovisi ailəsin aiddir. Sanki sənət əsərinə bərabər olan bu mənzil dünya memarlığı baxımdan böyük tarixi önəm daşıyır.

Tərcümə: Arzu Sayadoğlu