
Mübahisəli Kəşmir bölgəsində Hindistan ordusunun avtomobilinə hücum edilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bombalı hücum zamanı 5 hind əsgəri həlak olub, 1 nəfər isə yaralanıb. Cammu Kəşmirin Ponç bölgəsində yaşanan olay zamanı silahlı qruplar arasında toqquşma çıxıb.
Hücumun məsuliyyətini “Xalqın Faşist Əleyhinə Cəbhəsi” adlı silahlı qrup öz üzərinə götürüb.
Hücumdan sonra bölgədə gərginlik yüksək həddə çatıb.
Tərcümə: Arzu Sayadoğlu