Zərif Trampın yardım təklifinə cavab verib

Zərif Trampın yardım təklifinə cavab verib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampa cavab verib.

Gununsesi.org bildirir ki, nazir öz “Twiter” səhifəsində yazıb ki, Tehranın Trampın təklif etdiyi süni ağciyər ventilyasiyası cihazlarına ehtiyacı yoxdur:

“İran özü bir neçə aya bu cihazları təcrübədən keçirəcək. Siz, yalnız onu edə bilərsiniz ki, başqa xalqların, əsas da mənim xalqımın daxili işlərinə müdaxilə etməyi dayandırasınız”.

Qeyd edək ki, şənbə günü Tramp Ağ Evdəki konfransda bəyan edib ki, İran istəsə, ABŞ ona yardım göstərə və havalandırma qurğuları göndərə bilər.

Gununsesi.org 

COMMENTS