Gürcüstanda koronavirusa yoluxanların sayı 394 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 394 nəfərə çatdı

Gürcüstanda daha 86 nəfər koronavirusdan sağalıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə xəstəliyin monitorinqi üzrə xüsusi saytda bildirilir.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 394 nəfərə çatıb.

“Təsdiq edilmiş yoluxma halları 394-dür, onlardan 86-sı sağaldı”, – deyə saytda bildirilir. Hazırda 5 094 nəfər karantin rejimində, 547 nəfər həkim müşahidəsi altındadır.

Gürcüstanda koronavirusdan ölənlərin hamısı yaşı 70-dən çox olan ahıllardır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

 

Gununsesi.org

COMMENTS