Azərbaycanda koronavirusdan sağalanların sayı artmaqda davam edir.
Gununsesi.org xəbər verir ki, son sutka ərzində 122 nəfər əvvəlki sağlamlığına qovuşaraq müalicə olunduqları xəstəxanalardan evə buraxılıb.
Bununla da Azərbaycanda Covid-19-dan sağalan xəstələrin sayı 712 nəfərə çatıb.
Qeyd edək ki, hazırda ölkəmizdə 667 aktiv koronavirus xəstəsi var. Onların müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
Gununsesi.org
COMMENTS