“Biz koronavirusla mübarizədə heç nədə səhv etməmişik”- LUKAŞENKO

“Biz koronavirusla mübarizədə heç nədə səhv etməmişik”

Belarus Prezidenti Aleksandr Lukaşenko əmindir ki, respublika hakimiyyəti koronavirusun yayılması ilə mübarizədə hələ heç nədə səhv etməyib.

Gununsesi.org-un məlumatına görə, bu barədə “BELTA” xəbər verib.

“Hətta siz, bu prosesə o qədər də cəlb olunmayan insanlar, görürsünüz ki, belaruslular düzgün hərəkət ediblər”, – dövlət başçısı deyib.

Lukaşenko, həmçinin respublika vətəndaşlarının bu dövrü layiqincə keçəcəklərinə əminliyini ifadə edib.

Aprelin 17-nə olan məlumata görə, Belarusda 4,8 minə yaxın yoluxma, 45 ölüm halı qeydə alınıb. 3,2 min pasiyent stasionlar müalicədədir.

 

 

Gununsesi.org

COMMENTS