NBC: Obama Baydenə dəstək verir

NBC: Obama Baydenə dəstək verir

ABŞ-ın sabiq Prezidenti Barak Obama Demokrat Partiyasından prezidentliyə namizədliyin irəli sürülməsi uğrunda mübarizədə sabiq Vitse-prezident Co Baydeni dəstəkləyir.

Gununsesi.org-un xəbərinə görə, bunu bu gün NBC telekanalının Ağ Evdəki müxbiri Piter Aleksander “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Obama bu gün səhər bir videosüjetdə C. Baydeni dəstəklədiyini bəyan edib. Bu barədə jurnalistə Barak Obamaya yaxın mənbə məlumat verib.

Qeyd edək ki, Demokrat Partiyasının noyabrın 3-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədi partiyanın avqustun ortalarında keçiriləcək qurultayında müəyyənləşəcək.

Gununsesi.org

COMMENTS