Orxideyanın əsas ixracçısı sayılan Tailandda koronavirus pandemiyası səbəbindən milyonlarla gülü məhv etmək lazım gəlir.
Gununsesi.org bildirir ki, bu barədə “Bloomberg” Tailandın Orxideya İstehsalçıları Assosiasiyasına istinadən yazır.
Ölkədə yetişdirilən bütün orxideyaların yarısından çoxu ixrac olunur. Ən böyük alıcılar ABŞ və Avropadır. Qalanlar daxili tələbat hesabına həyata keçirilir. Ancaq koronavirus pandemiyası fonunda çiçəkləri həm beynəlxalq tərəfdaşlar, həm də yerli müştərilər almamağa başlayıb.
Tailandda qonaqpərvərlik simvolu sayılan orxideyalar əvvəllər hotel və restoranları bəzəmək üçün alınırdı, lakin turizm sənayesinin dağılması səbəbindən çiçəklər lazımsız olub. Nəticədə, Krallıqda orxideyaya olan ümumi tələbat 95 faiz azalıb.
“Faktiki olaraq, alıcılar yoxdur və hətta biz orxideyaları ixrac etmək istəsəydik belə, onsuz da edə bilməyəcəkdik. Daşınma üçün istifadə olunan əksər sərnişin reysləri ləğv edilib”, – Assosiasiyadan bildirilib.
Gununsesi.org
COMMENTS