Son bir gün ərzində Rumıniyada koronavirusa yoluxanların sayı daha 327 nəfər artıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Koronavirusla vəziyyət üzrə Strateji Ünsiyyət qrupuna istinadən “Digi 24” telekanalı bildirib.
Qeyd edilir ki, ölkədə koronavirus xəstələrinin sayı 8 746 nəfərə çatıb. Məlumata görə, pandemiyanın başlanğıcından 434 nəfər ölüb.
“Bu gün Rumıniyada koronavirusa 87 46 yoluxma hadisəsi təsdiq edilib. Ümumilikdə virusa yoluxmuş 434 nəfər öldü”, – telekanalın xəbərində deyilir.
COVD-19-a yoluxmuş 1 892 pasiyent xəstəxanalardan evə buraxılıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Gununsesi.org
COMMENTS