
Yelo Bank mötəbər tədbirlərə ev sahibliyi etməyə davam edir. Bu dəfə Bankın dəstəyi
ilə “İşgüzar 5 çay” adlı forum keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, “Lider, yoxsa rəhbər?” mövzusunu əhatə edən
forumda 20 sahibkar qadın, AQSİA (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı
Assosiasiyası) İdarə Heyətinin sədri Səkinə Babayeva, Yelo Bank-ın İnsan Kapitalının
İdarəedilməsi departamentinin direktoru Məhbubə Ziyatlı və bankın digər əməkdaşları
iştirak ediblər.
Forumun keçirilməsində əsas məqsəd”Lider və rəhbər” necə olmalıdır?, Hər rəhbər
Lider ola bilərmi? “Ən vacib liderlik xüsusiyyətləri hansılardır?” kimi suallara sahibkar
xanımlarla birlikdə müzakirə şəklində cavab tapmaq və onları gələcək karyeralarında
rəhbər, yaxud lider olmağın çətinlikləri və üstünlükləri haqqında məlumatdırmaqdır.
Forumda biznes təlimi üzrə psixoloq Aidə Qasımova və şüuraltı terapiya üzrə
mütəxəssis Aytən Hüseynzadə liderlik və rəhbərlik haqqında iştirakçıları
məlumatlandıraraq onların oxşar və fərqli xüsusiyyətlərini vurğuladılar. Həmçinin
sahibkar xanımlarla birlikdə müzakirələr əsasında lider və rəhbərin xarekterik
xüsusiyyətlərini də aydınlaşdırmağa çalışdılar.
Qeyd edək ki, Yelo Bank üçün real sektorun, xüsusilə kiçik və mikro sahibkarlıqla
məşğul olan xanımları dəstəkləmək prioritetdir. Bu mövzuda Bank bundan sonra da
təşəbbüskar layihələrinə davam edəcək.
Mikro biznes krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Gununsesi.info