Xankəndinin qazı bərpa olundu

  • By admin
  • 16 Dekabr 2022 10:33

Xankəndinə  gedən qazın nəqli  bərpa olunub.

Gununsesi.info bildirir ki, bu barədə Qarabağdakı qondarma rejimin dövlət naziri Ruben Vardanyan deyib.

HTML tutorial

O, bildirib ki, Azərbaycan hökuməti heç bir tələb qoymadan Xankəndinə qazın verilməsini bərpa edib.

“Heç bir şərt, heç bir güzəşt olmadan “qonşu ölkə” (?) Qarabağa qaz nəqlini bərpa etdi. Bu, bizim qələbəmizdir, ona görə ki, birlik nümayiş etdirdik. Göstərdik ki, biz birlikdəyik və güzəştə getməyə hazırlaşmırıq.

Bu gün gün ərzində yolun da açılması gözlənilir. Bunu onlar qərarlaşdırıb, hiss ediblər ki, səhv ediblər. Onlar daxildən və xaricdən güclü təzyiq gördülər. Bizi dəstəkləyən bütün ölkələrə təşəkkür edirəm”.

Qeyd edək ki, Xankəndiyə qazın məhdudlaşmasının Azərbaycana heç bir aidiyyəti olmadığını Azəriqaz ASC rəsmən elan etmişdi. belə ki, Xankəndiyə qaz hələ də Ermənistandan verilir.

 

Günay

Gununsesi.info