Xankəndində separatçılar “hərbi vəziyyət” elan etdi

Qarabağda separatçı-terrorçu rejimin qalıqları “hərbi vəziyyət” elan edib.

Gununsesi.info xəbər verir ki, baş separatçı Araik Arutyunyan bununla bağlı “qərar” imzalayıb.

HTML tutorial

“Qərara” əsasən Xankəndi-Gorus yolunun bağlanması ilə bağlı “operativ qərargah” yaradılıb və başçısı Ruben Vardanyan təyin edilib.

“Qərar” həmçinin, erməni əhalisinin bir yerə toplaşmasını da məhdudlaşdırır.

Aydındır ki, separatçı rejim yaranmış vəziyyətə görə erməni əhalisinin etirazlara başlayacağından narahatdır. “Hərbi vəziyyətin” elan edilməsinin səbəblərindən biri rejimə qarşı mümkün etirazlara müdaxilə etmək “hüququ” qazanmaqdır.

Gununsesi.info