
Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının “Ekoloji terrora son” şüarı altında Xankəndi-Laçın yolunda, rus sülhməramlıların postu qarşısındakı aksiyası davam edir.
Gununsesi.info xəbər verir ki, bu barədə tanınmış jurnalist Niyaz Niftiyev Feysbuk hesabında paylaşım edib.
O bildirib ki, aksiya keçirilən əraziyə rus sülhməramlılarına dəstək üçün əlavə qüvvə cəlb edilib:
“Eyni zamanda əraziyə sülhməramlı kontingentin yüksək rütbəli zabiti də gəlib”.
Gununsesi.info