
Azərbaycanın vətəndaş cəmiyyəti qurumları təmsilçilərinin 10 günə yaxındır ki, Qarabağa keçirdiyi aksiya regionun əsas gündəmi olaraq qalır. Bu aksiyaya görə, bir sıra ölkələr və təşkilatlar rəsmi Bakını aksiyanı dayandırmağa çağırır. Amma nədənsə “blokada” qaldığı iddia edilən ermənilərdən səs-soraq yoxdur.
Jurnalist Etibar Məmmədov Gununsesi.info-ya deyir ki, Azərbaycan tərəfinin aksiyasına Xankəndidən 3-4 nəfər belə yığılıb bir şüar səsləndirməyib.
“Sizcə, niyə belə tendensiyanı izləyirik” sualını edən jurnalist deyir ki, bütün dünya bizdən danışır, amma Qarabağda yaşayan ermənilər susur: “Hanı 120 min dediyiniz əhali? Bəsdir yalan danışdınız, orada heç min nəfər qalmayıb. Hamı qaçıb canını qurtarıb. Kimi İrəvana, kimi də erməni diasporu çox olan ölkələrə. “DQR”də yaşayanlar guya blokadadadırlar. Bəs niyə narazılıqlarını bildirmirlər? Çünki orada olan 100-dən bir az çox insan çölə çıxsa, bütün yalanlar ifşa olacaq, hazırda müxtəlif beynəlxalq platformalarda erməni diaspor nümayəndələrinin “Bakı 120 min erməniyə qarşı humanitar təzyiq göstərir” qışqırıqları puça çıxacaq”.
Mətləb Yaqublu
Gununsesi.info