Naxçıvan Ali Məclisinin qapalı toplantısı başlayıb - VASİF TALIBOV İSTEFA VERİR?

Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir.

Gununsesi.info-nun məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, iclas yerli mətbuata qapalı keçirilir.
İclasın gündəliyi Ali Məclis üzvlərinə verilməsə də bildirilir ki, iclasda Ali Məclis sədri Vasif Talıbovun istefası gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl DTX Naxçıvanda əməliyyat keçirib. Əməliyyatlar nəticəsində Naxçıvanda üç rəsmi şəxs – maliyyə naziri Əliyev Rafael, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Onlar “xüsusilə külli miqdar”da dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər.

HTML tutorial

Gununsesi.info