ABŞ-dan növbəti Bəxtiyar Hacıyev çağırışı

  • By admin
  • 21 Dekabr 2022 11:36

Xəbər verdiyimiz kimi, Xətai Rayon Məhkəməsi həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatətini rədd edib.

Gununsesi.info xəbər verir ki, məhkəmənin bu qərarının ardından ABŞ Dövlət Departamenti bir daha onu azad etməyə çağırıb.

HTML tutorial

Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinqdə  bunları deyib:

“Ötən həftə biz Bəxtiyar Hacıyevin İnsan Hüquqları Günü ərəfəsində həbsi ilə bağlı narahatlığımızı bildirmişdik. Biz Azərbaycan hakimiyyətini onu operativ qaydada azad etməyə çağırdıq”.

Turan-ın Hacıyevin işinin Bakı rəsmiləri ilə müzakirə olunub-olunmadığı haqqında sualına cavabda Prays belə deyib: “Bu, bizim diplomatik kanallarla tərəfdaşlarımızla apardığımız özəl danışıqlardır. Biz bütün dünyada ümumilikdə, həmçinin ayrı-ayrı hallarda insan hüquqları məsələsini tərəddüdsüz qaldırırıq. Bu, əlbəttə ki, Azərbaycandakı tərəfdaşlarımıza da aiddir”.

 

Afət

Gununsesi.info