
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) bu gün keçiriləcək toplantısında Laçın yolundakı vəziyyət də müzakirə mövzusu olacaq.
Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vahan Hunanyan məlumat verib.
O bildirib ki, bununla bağlı Ermənistan tərəfi BMT TŞ-yə müraciət edib.
Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı missiyası hərbi kontingentinin məsuliyyət zonasında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz məqsədi ilə və ekoloji monitorinqin keçirilməsi tələbilə 12 dekabrdan bəri azərbaycanlı QHT nümayəndələri və ictimai fəallar Laçın yolunda aksiya keçirirlər.
Gununsesi.info