
“Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolundakı nümayişlərdəki tələbləri hələ də cavablandırılmayıb”.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelərlə keçirdiyi görüşdə bildirib.
Ceyhun Bayramov qeyd edib ki, iki gün öncə keçirilən brifinqdə etiraz nümayişinin başlanmasına səbəb olan səbəblər açıqlanıb: “Eyni zamanda, ötən iki gün ərzində biz manipulasiyalar üçün ortaya atılan yalanların şahidi olduq”.
Gununsesi.info