
İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlunun barəsində çıxarılmış sifarişli məhkəmə qərarı qardaş ölkədə yeni siyasi gərginlik yaradıb.
Ölkənin ədas siyasi qüvvələri Ərdoğanın bu addımını qarşıdakı seçkilərdəki məğlubiyyət qorxusu ilə əlaqələndirib.
Müşahidəçilər hesab edir ki, Türkiyə prezidenti Ərdoğanın siyasi yüksəlişi ona qarşı edilən haqsızlıqla-həbsi ilə başlamışdı.
Türk milləti bu haqsızlıqla barışmadı.
Əkrəm İmamoğlunun siyasi yüksəlişi İstanbul bələdiyyə başqanı seçkilərində ona qarşı edilən haqsızlıqla- saxtakarlıqla başladı. Türk milləti o haqsızlığı da yemədi.
Türk milləti bugünkü demokratiya adına utanc olan siyasi-hüquqi qərarı da yeməyəcək və bu artıq hakimiyyətin çöküşünün müjdəsidir.
Günay
Gununsesi.info