Fevralın 6-7-də Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovun NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Uolterslə danışıqlarının keçirilməsi planlaşdırılır.
Gununsesi.org xəbər verir ki, bu barədə diplomatik mənbə RİA “Novosti”yə bildirib.
“Qarşıdakı həftədə, təxminən 6-7 fevralda, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovun NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin komandanı, Amerika generalı Tod Uolterslə danışıqları planlaşdırılır. Gündəliyi yalnız tərəflər bilir. Bakı ənənəvi görüş yeridir”, – mənbə agentliyə bildirib.
Qeyd edək ki, Bakıda Rusiya – NATO formatında əvvəlki görüş noyabrın 26-da olub.
Gununsesi.org
COMMENTS