
Türkiyə-İran sərhəd xətti sıx təhlükəsizlik tədbirləri ilə qorunur.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 295 kilometrlik xəttin 70 faizində beton divarlar və xəndəklər tamamlandığı halda, sərhəd xətti PUA, pilotsuz uçuş aparatları, snayperlər və pilotsuz yerüstü nəqliyyat vasitələrinin daxil olduğu 25 qatlı təhlükəsizlik sistemi ilə qorunur.
Bölgədəki təhlükəsizlik qüvvələri qeyri-qanuni keçidlərin və qaçaqmalçılıq fəaliyyətinin qarşısını almaq üçün Kurudere Polis İdarəsində 24 saat növbətçilik edir.
Orxan Saffari