
Baş nazir Benyamin Netanyahu müdafiə naziri Yoav Gallantı istefaya göndərib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu qərardan sonra İsrail mətbuatı Netanyahunun Baş Qərargah rəisi Herzi Halevi və Şin-Bet sədri Ronen Barın da vəzifədən azad ediləcəyini yazıb.
Baş nazirlik bu xəbərləri təkzib edib.
Bəyanatda bu xəbərlərin cəmiyyətdə “ayrı-seçkilik yaratmaq üçün edildiyi” iddia edilib.
İsraildə bir çox insan bu qərara etiraz etmək üçün küçələrə axışıb . Nümayişçilər küçələri nəqliyyatın hərəkətinə bağlayıb, od yandıraraq Netanyahu hökuməti əleyhinə şüarlar səsləndiriblər.
Orxan Saffari