Tarixdə bu gün nələr baş verib?

Azərbaycan ordusu 2020-ci ilin bu günündə Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində əməliyyatları davam etdirib. 

Bəs bu gün başqa hansı hadisələr olub?

Gununsesi.info tarixdə bu gün baş verən hadisələri təqdim edir:

1.  1860-cı ildə Abraham Linkoln  Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti seçildi.

2.1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlandı. 6 noyabr Azərbaycanda Radio və Televiziya İşçilərinin Peşə Bayramıdır.

3. 1967-ci ilin bu günü Bakı metropoliteninin birinci növbəsinin 6 stansiyası istifadəyə verilib. 6 noyabr Azərbaycan metro işçilərinin peşə bayramıdır.

4.1985-ci ildə Kolumbiyada hökumət əleyhinə olan fəallar paytaxt Boqotadakı Ədliyyə Sarayını basdılar. Təhlükəsizlik qüvvələri və nümayişçilər arasında baş verən qarşıdurmada, 11-i ali hakim olmaqla, 115 nəfər həyatını itirdi.

5.6 noyabr 2005-ci ilə Azərbaycan Milli Məclisinə növbəti seçkilər keçirilib.

Orxan Saffari

Gununsesi.info