Tramp niyə qalib olur? - EKSPERT ŞƏRHİ

  • By admin
  • 06 Noyabr 2024 12:04

Dünyanın həyacanla izlədiyi – ABŞ prezidentliyinə seçkilərin nəticələri yekunlaşmaqdadır. 

İlkin nəticələrə görə, əksər şatatlarda respublikaçıların namizədi Donald Tramp qalibdir.

Trampın Rusiya lideri Putinə isti münasibəti, xaricdə demokratiya və insan haqlarına laqeyid mövqeyinə onun qalibiyyəti bir çox ölkələrdə məyusluğa səbəb olub.

 

Siyasi şərhçi Şahin Cəfərli Gununsesi.info -ya deyir ki, Baydenin uğursuz idarəçiliyi Harrisin məğlubiyyətinin əsas səbəbi oldu:

“Xalq mövcud administrasiyanın təmsilçisi və davamçısını yenidən seçmək istəmədi. Harris bir TV proqramında “Sizin Baydendən fərqiniz nə olacaq?” sualına cavab verə bilməmişdi. Bayden namizədliyini geri götürdükdən sonra partiya içərisində yeni namizəd seçimi ilə bağlı rəqabətə imkan vermədi. Pelosi və Obama kimi təcrübəli siyasətçilər bunun yanlış olduğunu söyləmişdilər, amma nəticədə Harrisi dəstəkləməyə məcbur qaldılar”.

 

 

 

Afət Abbasova

Gununsesi.info