Sumqayıtda qadın qaynı arvadı tərəfindən bıçaqlanıb

  • By Günel
  • 06 Noyabr 2024 08:39

Sumqayıtda 29 yaşlı qadını qaynı arvadı bıçaqlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Gununsesi.info