Azərbaycan onu Tacikistana təhvil verdi

Tacikistan vətəndaşı 1962-ci il təvəllüdlü Cəlilov Bobocon Abduraximoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti təmin edilib.

Bu barədə Gununsesi.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Tacikistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş Cəlilov Bobocon Abduraximoviç 2024-cü ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib.

Gununsesi.info