Tatardan türk dövlətlərinə çağırış: - Şimali Kipri tanıyın

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar türk dövlətlərini ŞKTC-ni tanımağa, Türk Dövlətləri Təşkilatına üzv qəbul etməyə çağırıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə o TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edən zaman deyib.

Ə.Tatar bildirilib ki, Şimali Kipr Türk Cümhuriyyətinin üzvlüyü ilə türk dünyasının Aralıq dənizi ilə əlaqələri daha da güclənəcək.

O, ŞKTC-nin dəniz və hava limanlarının türk dövlətlərinin ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb:

“ŞKTC Aralıq dənizində strateji bir mövqeyə malikdir və biz imkanlarımızı qardaş dövlətlərə təqdim etməyə hazırıq. ŞKTC-nin tanınmasında türk dövlətlərinin dəstəyi böyük önəm daşıyacaq”.

Ə.Tatar ŞKTC-də təhsilin inkişafına da diqqət çəkib və bu sahədə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Gununsesi.info