Useyn Bolt koronavirusla mübarizəyə vəsait ayırdı

Useyn Bolt koronavirusla mübarizəyə vəsait ayırdı

Yüngül atletika üzrə səkkiz qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt koronavirusla mübarizəyə maddi vəsait ayırıb.

Gununsesi.org bildirir ki, Worldathletics.org xəbər verir ki, idman tarixinin ən sürətli sprinterlərindən biri Yamaykada pandemiyaya dəstək məqsədilə 3 400 avro (6 343 manat) pul ayırıb.

Qeyd edək ki, Yamaykada 105 nəfərdə koronavirus aşkar edilib. Beş nəfər isə virusun qurbanı olub.

Gununsesi.org

COMMENTS