Koronavirusa yoluxan parlament sədri sağaldı –FOTO

Koronavirusa yoluxan parlament sədri sağaldı –

Aprelin 3-də koronavirus pandemiyasına yoluxduğu deyilən İran Parlamentinin sədri Laricani virusa qalib gəlib.
Gununsesi.org xəbər verir ki, Əli Laricaninin səhhətinin artıq normal olduğu bildirilir. Sədr bundan sonra parlamentin açıq iclaslarına qatılacaq.
İran səhiyyə nazirliyinin sözcüsü Kiyanuş Cihanpur isə təşkil etdiyi mətbuat konfransında son 24 saatda koronavirus pandemiyasından daha 111 nəfərin öldüyünü bildirib. Ümumilikdə ölkədə Kovid-19 virusundan 4 min 585 nəfər dünyasını dəyişib.
Koronavirusa yoluxanların isə sayı 73 min 303 nəfərə çatıb.

COMMENTS