İndiyədək Azərbaycanda 1 253 nəfər koronavirusa yoluxub –Yeni rəqəmlər açıqlandı

İndiyədək Azərbaycanda 1 253 nəfər koronavirusa yoluxub –

Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb.

Gununsesi.org xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 1 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 404 nəfəri müalicə olunaraq sağalıb.

“Fevralın 28-dən aprelin 12-nə qədər olan dövrə yekun vura bilərik. Son günlərə qədər neqativ tendensiya müşahidə olunurdu. Amma bir gündə pozitiv hadisə baş verdi və yoluxma sayında ciddi azalma müşahidə olundu”.

Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün 56 yeni yoluxma və 53 sayda sağalma var.

Gununsesi.org

COMMENTS