Bütün dünyanı silkələyən iddia: Koronavirus insanlara çip yerləşdirmək üçün quraşdırılmış oyundur –Minlərlə insan... (VİDEO)

Bütün dünyanı silkələyən iddia: Koronavirus insanlara çip yerləşdirmək üçün quraşdırılmış oyundur –

İsveçdə şəxsiyyət vəsiqəsi, qatar bileti və ya mənzillərinin açarlarını dərilərində daşımaq və s. “rahatlığı” əldə etmək  məqsədi ilə könüllü şəkildə dəriləri altına çip yerləşdirənlərin sayı artır.
 
Gununsesi.org-un “TRT”-yə istinadla verdiyi xəbərə görə, artıq belə adamların sayı 4 mini ötüb.
  
Mikrosxem dəri altına şpris iynəsi vasitəsi ilə yerləşdirilir. Gündəlik həyatı “komfort”laşdırmaq istəyən isveçlilər bu çiplərlə qapını aça bilir, onları qatar bileti yerinə istifadə edirlər. İsveç dəmir yolu şirkəti artıq uzun müddətdir ki, çiplərdən istifadə edərək gediş haqqı ödəmə sistemini tətbiq edir. Dərialtı mikrosxemlərin dəb halını alması şirkətləri və korporasiyaları əməkdaşları üçün də çipdən istifadə imkanlarını nəzərdən keçirməyə məcbur edib…
Bununla belə, bu cür çiplərin riskləri barədə xəbərdar edənlər də var. Bəziləri bir adamın hərəkəti və tapılması haqqında məlumatın asanlıqla əldə ediləcəyini vurğulayır, digərləri isə insanların eksperiment, təcrübə siçanı kimi istifadə olunacağından qorxurlar.
Alarlıwordpress.com nəşri bu mövzuda daha ətraflı məlumat təqdim edib:
İsveçdə kart, şəxsiyyət vəsiqəsi, kredit kartı və bileti cibdə daşımaq dönəmi sona çatır. Ölkədə qanuni və ya qeyri-qanuni yollarla dəri altına yerləşdirilən təxminən düyü boyda  çip istifadəçilərinin sayı artır…
Dəri altına çip yerləşdirən “Biohax international” şirkətinin meneceri Jovan Osterlund ”texnologiya yeni olsa da, ciddi şəkildə artım müşahidə olunur” , – deyə açıqlama verib.
Osterlund “Bu texnologiya açarların, bank kartlarının yerini alacaq və tibbdə istifadə ediləcək. Amma  hələlik insanlar bu texnologiya ilə ayaqlaşmaqda çətinlik çəkirlər. Buna baxmayaraq şirkətimiz ən azı 3 min 500 nəfərə çip yerləşdirib. 2018-ci ildən bəri istifadə edilməyə başlanan texnologiyaya maraq getdikcə artır”, –  deyə vurğulayıb.
Kredit kartı, bilet və açarların yerini alan çiplər İsveçdə artıq tibbdə də istifadə olunur…
İngilis alimi Ben Libberton tibbdə də istifadə olunan çiplərin təhlükəli olduğunu bildirib. Libberton şəxsi məlumatların necə istifadə ediləcəyinin önəmli olduğunu vurğulayaraq ”Əsil problem ondadır ki, bu çiplərin sahibi kim olacaq…” xəbərdarlığını edib.
“Sığorta şirkətlərindən özüm xəstə olduğumu bilmədən hərarətimin yüksəldiyini göstərən bir məktub ala bilərəmmi? İdman və işə gediş saatlarımı bu çipə yerləşdirsəm, kimsə bu məlumatlardan sui-istifadə edə bilərmi?” sualları  narahatlıq doğura bilər”, – deyə Libberton bildirib.
Gələcəkdə bu çiplərdən insanları izləmək və idarə etmək məqsədi ilə istifadə ediləcəyi və çip yerləşdirənlərlə yerləşdirməyənlər arasında bir müharibə baş verəcəyi də gündəm mövzusuna çevrilib…
Mütəxəssislər çiplərin riskləri məsələsində xəbərdarlıq edir. İnsanların hərəkət trayektoriyalarının izlənə bilinəcəyini bildirən mütəxəssislər, çip istifadə edən insanlardan xüsusi məqsədlərlə istifadə edilməsi riskinin  də olduğunu vurğulayıblar.

COMMENTS