Koronavirus pandemiyasına görə işini itirmiş britaniyalı qız lotereyada cekpot udaraq, bir anda varlanıb.
Gununsesi.org xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb.
17 yaşlı Hermoni Dos çimərlikdə xilasedici köməkçisi işləyib, lakin koronavirus pandemiyası ilə əlaqədar işini itirib. Başını qatmaq üçün lotereya alan qız vaxtilə babasına da uğur gətirən rəqəmləri yazıb. Beləliklə, gözləmədiyi halda bəxti gətirib.
Bundan sonra qız il ərzində hər ay 10 min funt-sterlinq (22 284 AZN), ümumilikdə isə 120 min funt(268 min manat) alacaq.
“Hələ də yuxu gördüyümü, bütün bunların mənimlə baş vermədiyini düşünürəm”, – deyə qız bildirib.
O, özünütəcrid rejimində həmin pulları xərcləməyə ehtiyac duymadığını deyib:
“Ancaq gələcəkdə ailəmlə tətilə çıxmağı və at almağı düşünürəm”.
COMMENTS