Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından indiyə kimi 527 mln. ton neft (kondensatla birlikdə), 80,3 mlrd. kubmetr qaz ixrac edilib.
Gununsesi.org xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən aprelin 1-ə kimi 534 mln. ton neft (kondensatla birlikdə), 290 mlrd. kubmetr qaz hasil edilib.
Həmçinin məlumata görə, I rübdə Azərbaycandan ixraca nəql olunan neftin kondensatla birlikdə həcmi 7,6 milyon ton təşkil edib. Neftin 7,3 mln. tonu konsorsium, 324 min tonu isə SOCAR üzrə ixraca nəql olunub.
COMMENTS