
Parisdə Ukraynaya qoşun göndərilməsinin müxalifləri Eyfel qülləsinə Fransa bayrağı və üzərində “Ukraynada öldürülən fransız əsgərləri” yazılmış plakatlarla örtülmüş beş tabut gətiriblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən tabutların içərisində gips torbaları olub.
Aksiyada iştirak edən 3 nəfər saxlanılıb. Onların arasında tabutları çatdıran furqon sürücüsü və Berlinə avtobusla getməyi planlaşdıran onun iki ortağı da var.
Sürücünün dediyinə görə, ona yükü çatdırmaq və insanları endirmək üçün 40 avro pul alıblar.
Saxlanılanlar Bolqarıstan, Almaniya və Ukrayna vətəndaşlarıdır. Paris prokurorluğu insidentlə bağlı “qəsdən zorakılıq” maddəsi ilə cinayət işi açıb. Həmçinin “iddia edilən xarici müdaxiləni” də araşdırır.
Xatırladaq ki, martın əvvəlində Fransa qoşunlarının Ukraynaya göndərilməsinə qarşı etiraz aksiyaları keçirilib.
Daha sonra Parisdə Fransa Vətənpərvərləri Partiyasının təşkil etdiyi nümayişdə etirazçılar Aİ və NATO bayraqlarını cırıb, əvəzində Fransanın üçrəngli bayrağını açıblar.
Eyni zamanda protestantlar “Ukrayna üçün ölmək istəmirik” və “Ukraynada sülh yolu ilə nizamlanması üçün” plakatları ilə dayanıblar.
Gununsesi.info