Tabutlarla Makrona etiraz etdilər -FOTO

  • By Sənan
  • 02 İyun 2024 19:38

Fransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub.

Gununsesi.info-nun verdiyi xəbərə görə, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, polis üzərində “Ukraynada öldürülən fransız əsgərləri” yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut aşkarlayıb.

Məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb.

Onların bolqar, ukraynalı və almanəsilli şəxslər olduğu qeyd olunub.

Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron Ukraynaya ordu göndərəcəyi barədə açıqlama verib.