
Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı ölənlərin sayı 18-ə çatıb.
Gununsesi.info “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmçinin 26 nəfər xəsarət alıb.
12:37
Kiyev vilayətinin Brovarı şəhərində helikopter uşaq bağçasının ərazisində qəzaya düşüb.
Gununsesi.info-nun Ukrayna mediasına istinadən məlumatına görə, qəza nəticəsində helikopterdə olan Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olublar.
Xatırladaq ki, qəza nəticəsində 2-si uşaq olmaqla 16 nəfər həlak olub. Daha 22 nəfər isə yaralanıb.
Qeyd edək ki, 42 yaşlı D. Monastırski 2021-ci ildə Ukraynanın daxili işlər naziri təyin edilib.
Gununsesi.info