
Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.
Gununsesi.info-nun xəbərinə görə bu barədə Fərəc Kərimlinin özü məlumat verib:
Bu gün Ukraynaya səfərimlə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olundum. Suallar normal idi. Ölkədən kənarda Azərbaycan qanunlarına zidd hər hansı bir fəaliyyətimin olub-olmadığı dəqiqləşdirildi, 44 günlük Qarabağ müharibəsində iştirakımla bağlı bəzi suallar verildi.
Heç kimi narahat etməmək, lüzumsuz söz-söhbətlərə yol açmamaq üçün əvvəlcədən məlumat verməyi uyğun görməmişdim.
Gununsesi.info