
Rusiyanın “Wagner” yarımhərbi qruplaşmasının keçmiş komandiri, 26 yaşlı Andrey Medvedev qrupu tərk edərək Norveçdən sığınacaq üçün müraciət edib.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən bildirir. Medvedev ötən cümə günü Norveç sərhədindən ölkəyə qanunsuz daxil olub və sərhəd qüvvələri tərəfindən saxlanılıb.
Keçmiş “Wagner” üzvünün vəkili Brynjulf Risnes bildirib ki, Medvedyev Osloda saxlanılır.
İddialara görə, Medvedev Ukraynada hərbi cinayətlərin törədilməsinə şahid olduqdan sonra “Wagner” qrupunu tərk edib.
Norveç sərhəd qoşunları bir rusiyalının ölkənin Rusiya ilə 198 km-lik sərhədindən ölkəyə daxil olduğunu təsdiqləyib.
Lakin təhlükəsizlik qüvvələri məxfilik səbəbi ilə daha ətraflı məlumat paylaşmayıb.
Norveçin Finnmark bölgəsinin polis rəisi Tarjei Sirma-Tellefsen bildirib ki, sərhəd qüvvələri tərəfindən əsir götürülən şəxs “sığınacaq tələb edib”.
Tərcümə:
Pərviz