
Amerikada dəhşətli silahlı qətliam olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Kaliforniya bölgəsində bir evdə silahlı atəş nəticəsində 6 nəfər həlak olub. Ölənlərdən biri 6 aylıq körpə və onun anasıdır.
Dövlət rəsmiləri olayla bağlı iki şübhəlinin axtarışını elan ediblər. Onların açıqlamasına görə hadisə yerli saatla 03:30-da yaşanıb.
Tətikçi ətrafa çoxlu sayda silah atışı edib. Həmin zaman orada olan digər 3 şəxs də həlak olub.
Qətliamçının digər bir qruplaşma ilə əlaqəli olduğu ehtimal edilir.
Tərcümə: Arzu Sayadoğlu