Hökumətyönümlü partiyaların sonu necə olacaq? - ONLARI ANCAQ YAP QORUYA BİLƏR

  • By admin
  • 18 Yanvar 2023 12:50

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı  “Siyasi partiyalar haqqında” artıq hüquqi qüvvəyə minib. Sirr deyil ki, bu qanunun  bir sıra partiyaların sıradan çıxması ilə nəticələnə bilər. 

Belə ki, qanunda 5 min üzv tələbinin və hər bir üzvün reyestrə daxil edilməsi cəmiyyətdə “papka  partiyaları” kimi tanınan bəzi siyasi partiyaların yeni qeydiyyatını mümkünsüz edir.

HTML tutorial

Gununsesi.info-nun hadının çəkilməsini istəməyən partiya sədrlərindən birinə istinadən verdiyi xəbərə görə, həmin təşkilatlardan bəziləri Prezident Administrasiyasının aidyyatı şöbəsinə bununla bağlı narahatlığını ifadə edib.

Azərbaycanın siyasi reallıqlarında hökuməti dəstəkələyən əsas elektoratın YAP-da cəmləşdiyi faktdır.

Bu insanların  digər hökumətyönümlü təşkilatlara qoşulması isə ağlabatan deyil.

Belə bir vəziyyətdə həmin təşkilatların bəzilərinin qalması üçün iki varinat ortaya çıxır.

Birinci varinata görə, həmin təşkilatlar öz aralarında birləşmə qərarı verməlidir. Ancaq sədrlik iddiası bunun nə dərəcədə baş tutacağını sual altına qoyur.

Digər varinat isə hakim Yeni Azərbaycan Partiyasının öz sıralarına məcburi topladığı büdcə təşkilatı işçilərini həmin partiyalara transfer etməsidir.

Ağlabatan mümkün varinat   ancaq budur.

Buna oxşar təcrübə parlamentdə təmsil olunan partiyaların seçki komissiyalarında iştirakı məsələsində də olub.

Belə ki, həmin partiyaların əksəriyyətinin adamı olmadığına görə regionlarda dairəvə məntəqə seçki komissiyalarındakı üzvləri onların adı ilə YAP irəli sürüb.

 

Elmar Elnuroğlu

Gununsesi.info