Maaşlar nə qədər artır? - CƏDVƏL

  • By admin
  • 18 Yanvar 2023 12:18
Tanınmış iqtisadçı alim Qubad İbadoğlu 2023-cü il üçün maaş artımları barədə yaranmış suallara aydınlıq gətirib.
Gununsesi.info iqtisadçının “Maaşlar nə qədər artır” başlıqlı qeydlərini təqdim edir: 
“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” prezidentin 2023-cü il 5 yanvar tarixli Sərəncamının 2.2-ci bəndinin (minimum əmək haqqının 345 manata qaldırılması) icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan
işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğini müəyyənəşdirib. Yeni Vahid Tarif Cədvəlini foto bölməsində dərc edirəm. Eyni zamanda bu qərarla təhsil işçilərinin daha çox maraqlandırığını nəzərə alaraq “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarını da şərh bölməsində yerləşdirirəm.
Nəzərinizə çatdırıram ki, Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşların artımına dair BİZ TV-də 19 yanvar 2023-cü ildə Bakı vaxtilə saat 22-də xüsusi veriliş nəzərdə tutulub. Odur ki, bu verilişdə cavablandırmaq üçün suallarınızı öncədən burda yazmağı tövsiyyə edirəm. Xahiş olunur ki, bu postu təhsil işçiləri, səhiyyə işçiləri və digər büdcədən çalışanlar üçün xüsusu qruplarda paylaşınız, eləcə də suallarınızı ünvanlayanda işlədiyinis sektora, təhsilinizə, tutduğunuz vəzifə, iş stajınıza dair maksimum çox və dolğun məlumat verəsiniz ki, onları cavablandırmaq mümkün olsun. Buyurun, şərh bölməsində suallarınızı gözləyirik.
May be an image of text that says 'Omayin ödanilmasi daracalari 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Aylıq tarif (vazifa) maaşı (manatla) 345 359 374 389 406 422 441 458 478 497 518 538 560 584 607 632 694 833 1125'
Afət
Gununsesi.info